satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 101 əcnəbi deportasiya edilib

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 101 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlərdə keçirilən tədbirlər nəticəsində 101 xarici vətəndaş ölkədən deportasiya olunub.

NTV xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Kompleks tədbirlər çərçivəsində Türkmənistan, Hindistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları Gürcüstan ərazisindən çıxarılıb.

Bildirilib ki, bu ilin ilk dörd ayının nəticələrinə əsasən, deportasiya olunan qanunsuz miqrantların sayı ötən ilin ümumi göstəricisinə yaxınlaşıb.

Qeyd edək ki, gücləndirilmiş nəzarət tədbirləri nəticəsində 2025-ci ildə ümumilikdə 1311 əcnəbi vətəndaş Gürcüstandan çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən girişinə qadağa qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM