satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada uşaqların sayı ardıcıl tarixi minimuma enib

Yaponiyada uşaqların sayı ardıcıl tarixi minimuma enib

Yaponiyada yaşı 15-dən aşağı olanların sayı ardıcıl 45 il azalaraq tarixi minimuma enib.

NTV Yaponiya mediasına istinadla xəbər verir ki, uşaqların sayı ötən illə müqayisədə 350 min nəfər azalaraq 13,29 milyona enib.

Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, uşaqların ümumi əhali sayındakı payı əvvəlki ilə nisbətən 0,3 faiz bənd azalaraq 10,8 faiz təşkil edib. Bu da 1950-ci ildən bəri ən aşağı göstəricidir.

Yaponiya hökumətinin uşaq böyüdən ailələrə maddi dəstəyin genişləndirilməsi də daxil olmaqla, doğum nisbətinin azalması ilə mübarizə səylərinə baxmayaraq, azalma ardıcıl 45-ci ildir davam edir. Uşaqların yaşa görə bölgüsünə gəldikdə, 3,09 milyon uşaq 12-14 yaş arasında, 2,13 milyon uşaq isə 0-2 yaş arasındadır. Bu göstəricilər doğum nisbətinin davamlı azaldığını göstərir.

Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqladığı ilkin məlumatlara görə, 2025-ci ildə Yaponiyada doğulan uşaqların sayı 705 minə enərək, tarixi minimum qeydə alınıb. Ardıcıl 10 ildir yenidoğulanların sayı azalır.

Qeyd edək ki, 1982-ci ildən bəri Yaponiyada doğumların sayı azalır. BMT-nin müxtəlif dövrlərdə apardığı bir sorğuya görə, Yaponiya əhalisi 40 milyondan yuxarı olan 38 ölkə arasında ümumi əhali sayında uşaqların payının azlığına görə ikinci yerdədir. Birinci yerdəki Cənubi Koreyada bu göstərici 10,2 faizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM