satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə təxminən dörd min il yaşı olan taxta qapı qalıqları aşkarlanıb - FOTOLAR

Türkiyədə təxminən dörd min il yaşı olan taxta qapı qalıqları aşkarlanıb<font color=red> - FOTOLAR</font> Türkiyədə təxminən dörd min il yaşı olan taxta qapı qalıqları aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Qərbi Türkiyədə arxeoloqlar təxminən dörd min il yaşı olan nadir taxta qapı qalıqlarını aşkar ediblər. Tapıntı Seyitömer Höyük kurqanında aparılan qazıntılar zamanı əldə olunub.

NTV xəbər verir ki, bu barədə Dumlupınar Universitetinin sosial elmlər jurnalında məlumat verilib.

Adətən ağac kimi üzvi materiallar qorunub saxlanılmır, buna görə də qədim qapılar arxeoloqlar tərəfindən yalnız dolayı əlamətlər, məsələn, qapı yerləri, astanalar və qapı həncamaları üçün daşlar əsasında bərpa edilir. Bu halda isə tədqiqatçılar, ehtimal ki, həqiqi qapı lövhələri olan kömürləşmiş fraqmentləri araşdıra biliblər.

Qalıqlar Orta Tunc dövrünə aid üç tikilidə aşkar edilib. Onların ölçüləri və yerləşməsi qapının yerləri ilə üst-üstə düşür ki, bu da onların otaqlara girişləri bağlayan birqanadlı qapılar olduğunu ehtimal etməyə imkan verir. Fraqmentlər düzbucaqlı formaya və taxta lövhə quruluşuna malikdir, bir halda isə yaxınlıqda bərkidici element olan fırlanan daş da tapılıb.

Bütün taxta hissələr ehtimal ki, yanğın nəticəsində kömürləşib və evlərin daxilində döşəmənin üzərində aşkar olunub. Bu, qapıların içəriyə doğru açıldığını və tikililər dağılan zaman içəriyə aşdığını göstərə bilər.

Alimlərin qiymətləndirməsinə görə, qapılar bir neçə taxta lövhədən ibarət olub və metal istifadə olunmadan taxta bərkidicilər vasitəsilə birləşdirilə bilərdi. Onların eni (təxminən 0,7–0,9 metr) həmin dövrün bir tərəfə açılan giriş qapıları üçün səciyyəvi ölçülərə uyğundur.

Tapıntı unikal hesab olunur, belə ki, bu dövrə aid araşdırılmış 174 tikilidən yalnız üçündə belə qalıqlar aşkar edilib. Arxeoloqlar qeyd edirlər ki, hətta qapı kimi sadə element belə qədim insanların gündəlik həyatını — təhlükəsizlik, məxfilik və məkanın necə təşkil edilməsi məsələlərini daha yaxşı anlamağa imkan verir.

Seyitömer Höyük kurqanı XX əsrin sonlarından tədqiq olunur və Tunc dövründən Roma dövrünə qədər müxtəlif təbəqələri əhatə edir. Bu isə onu Anadoluda yaşayış məskənlərinin inkişafını öyrənmək üçün mühüm mənbəyə çevirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM