Rusiyanın ilhaq etdiyi Krımın şimalındakı Cankoyda Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində beş nəfər həlak olub.
NTV xəbər verir ki, bu barədə Rusiya mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hava hücumundan müdafiə vasitələri gecə ərzində Rusiya regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 53 pilotsuz uçuş aparatını ələ keçirib və zərərsizləşdirib.
