satellite   Azerspace-1: 11135 H 30000

Kaliforniyada rekord qiymət: benzinin qallonu 6 dollardan baha satılır

Kaliforniyada rekord qiymət: benzinin qallonu 6 dollardan baha satılır

ABŞ-də benzinin bir qallonu (3,79 litr) orta hesabla 4,48 dollara satılır. Bu da İranda hərbi əməliyyatların başlamasından bəri təxminən 50 faiz artım deməkdir.

NTV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Milli Avtomobil Assosiasiyasına istinadla məlumat yayıb. Assosiasiyanın məlumatına görə, İranda hərbi əməliyyatın ilk günündə ABŞ-də benzinin qallonunun orta qiyməti 2,98 dollar idi. Son bir həftə ərzində yanacağın qiyməti daha 31 sent artaraq 2022-ci ildən bəri rekord həddə çatıb. Hazırda benzinin ən yüksək qiyməti Kaliforniya ştatında qeydə alınıb - 6,10 dollar.

Agentlik qeyd edir ki, yanacaq qiymətlərinin artmasının əsas səbəbi ABŞ və İsrailin İranla hərbi münaqişəsi nəticəsində yaranmış qlobal enerji böhranıdır. Aprelin ortalarında Birləşmiş Ştatlarda benzin qiymətləri nisbətən ensə də, Vaşinqton İrana qarşı dəniz blokadasına başladıqdan sonra bahalaşmanın yeni dalğası başlayıb.

ABŞ-də benzinin orta qiymətinin ən yüksək həddi 2022-ci ilin iyun ayında, bir qallonun qiyməti 5 dolları keçdikdə qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM