satellite   Azerspace-1: 11135 H 30000

Qubanın bəzi kəndlərinin adları dəyişdirilir

Qubanın bəzi kəndlərinin adları dəyişdirilir

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir.

NTV xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin mayın 6-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Quba rayonunun Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM