Çinin “Tianzhou-9” yük kosmik gəmisi Yerə qayıdıb.
NTV-nin xəbərinə görə, İnsan Kosmik Uçuş Proqramı Ofisi bu barədə məlumat yayıb.
"Çinin "Tianzhou-9" yük kosmik gəmisi yenidən Yer atmosferinə daxil olub", - deyə açıqlamada bildirilir.
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir, meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də Ayın tədqiqi üçün texnologiyalar hazırlayır. Hökumətin dəstəyi ilə Çin mütəxəssisləri asteroid və Marsın tədqiqi layihələrini həyata keçirirlər.
