İsveçrə ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə NTV TASS agentliyinə istinadla xəbər verir.
İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melani Qugelmann TASS-a bildirib ki, İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi edə bilər.
Qugelmann əlavə edib ki, konfederasiya sülhün bərqərar olmasına töhfə verən istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır. “Xarici İşlər Nazirliyi bütün tərəflərlə əlaqə saxlayır", - deyə nazir vurğulayıb.
