Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib.
NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin bağlanış mərasimindəki çıxışında deyib.
O bildirib ki, "SAHA 2026"da 200-dən çox yeni silah ilk dəfə nümayiş etdirilib:
"Bundan çox məmnunuq. Məqsədimiz Türkiyənin müdafiə sənayesi sahəsində hər bir avadanlığı özünün istehsal etməsidir. Bu istiqamətdə işlər aparılır. Bu gün Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib".
