satellite   Azerspace-1: 11135 H 30000

CAR mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr olunan məqalə dərc edilib

CAR mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr olunan məqalə dərc edilib

Mayın 8-də Cənubi Afrika Respublikasının (CAR) nüfuzlu və böyük oxucu auditoriyasına malik “Pretoria news” qazetində baş redaktor Mazvi Xabanın müəllifliyi ilə “Azərbaycan milli liderinin anadan olmasının 103-cü ildönümünü qeyd edir” adlı məqalə dərc olunub.

Azərbaycanın CAR-dakı səfirliyindən NTV-yə verilən məlumata görə, məqalədə xüsusilə qeyd olunur ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Vətəninə və xalqına dərin sədaqətlə bağlı dünyaca görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycanın müasir tarixində görkəmli yer tutur.

Vurğulanıb ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində millətə müstəsna xidmətlər göstərib, milli inkişafın strateji kursunu formalaşdırıb. O, Azərbaycana tarixinin iki mühüm dövründə rəhbərlik edib: Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 1969-cu ildən 1982-ci ilə qədər və müstəqilliyin bərpasından sonra, 1993-cü ildən 2003-cü ilə qədər.

Onun rəhbərliyinin ilk dövründə ardıcıl sosial, iqtisadi və mədəni islahatlar nəticəsində Azərbaycan SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilib.

Vurğulanır ki, müstəqilliyin ilk illərində iqtisadiyyatı dərin böhran keçirən Azərbaycan həm daxili siyasi qeyri-sabitlik, həm də xarici təcavüz qarşısında ciddi çətinliklərlə üzləşmişdi. 1993-cü il oktyabrın 3-də Prezident seçilən Ümummilli Lider Heydər Əliyev ölkədə uzun müddətdir davam edən siyasi-iqtisadi böhranı dəf etdi və davamlı inkişafın möhkəm təməli qoyuldu. Qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi, dövlətin gələcək inkişafı və xalqın tərəqqisi üçün əlverişli şərait yaradıldı. Yeni Konstitusiya qəbul edildi və beləliklə demokratik idarəetmə, insan hüquqlarının qorunması və genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi təməl atıldı.

Qeyd olunur ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi milli birliyin möhkəmləndirilməsinin, eləcə də Azərbaycanın sabit, davamlı və dayanıqlı inkişafının təməli kimi bu gün də xidmət etməyə davam edir.

Məqalənin daha geniş hissəsi “The Star”, “Cape Times”, “Cape Argus” və “The Mercury” daxil olmaqla CAR-da 20-dən çox tanınmış qəzetin portfelinə sahib, böyük çoxplatformalı məzmun şirkəti sayılan “Independent Online”da (IOL) işıq üzü görüb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM