satellite   Azerspace-1: 11135 H 30000

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunduğunu bildirib

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunduğunu bildirib

Rusiya ilə Ukrayna arasında 9, 10 və 11 may tarixlərini əhatə edən üçgünlük atəşkəs elan olunacaq.

NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, atəşkəsin elan olunması Qələbə Günü ilə əlaqədardır.

“Bu təşəbbüsü birbaşa mən irəli sürdüm və Prezident Vladimir Putin ilə Prezident Volodimir Zelenski tərəfindən razılaşdırıldığı üçün minnətdaram. Ümid edirəm ki, bu, uzun, ağır və ölümcül müharibənin sona çatmasının başlanğıcı olacaq. İkinci Dünya müharibəsindən sonra ən böyük münaqişələrdən biri sayılan bu savaşın başa çatdırılması ilə bağlı danışıqlar davam edir və biz hər gün bu məqsədə daha da yaxınlaşırıq”, – deyə Tramp əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM