satellite   Azerspace-1: 11135 H 30000

WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib

WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib

Yaxın Şərq münaqişəsi qlobal sulfat turşusu tədarükünə mənfi təsir göstərib və qiymətlərin artmasına səbəb olub.

NTV xəbər verir ki, bu barədə "The Wall Street” jurnalı (WSJ) məlumat yayıb.

Bildirilib ki, sulfat turşusu dünyada ən çox istifadə edilən kimyəvi maddədir, gübrə və kompüter çiplərinin istehsalında, ağac emalı, dəri aşılanması və misin yuyulmasında istifadə olunur. Sulfat turşusunun çox hissəsi qlobal bazara Fars körfəzi ölkələrindəki neft emalı zavodlarından daxil olur və Hörmüz boğazının bağlanması tədarükü mümkünsüz edib.

Problemi daha da ağırlaşdıran digər amil Çinin sulfat turşusu ixracına məhdudiyyətlər qoymaq qərarı olub. Sulfat turşusu bazarlarını izləyən "Acuity Commodities" şirkətinin direktoru Freda Qordon Pekinin bu addımını qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar və gübrə qiymətlərinin sabitliyinin təmin edilməsi zərurəti ilə əlaqələndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM