NASA-nın “Perseverance” zondu üçün Marsdakı həyatın əlamətlərini araşdırmaq marafona çevrilib. Beş ildən çoxdur ki, altı təkərli robot tədqiqatçı qədim həyatın əlamətlərini axtararaq Qırmızı planetin səthində davamlı olaraq gəzir, onun geologiyasını və iqlimini öyrənir və Yerə mümkün qayıdış üçün qaya nümunələri toplayır.
Rover artıq 41.99 kilometr məsafə qət edib ki, bu da rəsmi marafon məsafəsi olan 42.2 kilometrlik məsafədən bir qədər azdır. “Perseverance” missiyasının meneceri Robert Hoqqun sözlərinə görə, o, növbəti ayda bu məsafəni aşacaq.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, avtomobil ölçülü rover 2021-ci il fevralın 18-də Qırmızı planetə eniş edib və missiya müddətinin əvvəlcə bir Mars ili, yəni, təxminən 687 Yer günü davam etməsi planlaşdırılırdı.
“Rover enerji mənbəyində ən azı on il qalmış vəziyyətdədir. Missiyanın müddəti NASA-nın seçimindən asılı olacaq”, - deyə “Perseverance” şirkətinin nümayəndəsi Ken Farli NASA-nın şərhində bildirib.
Bir sıra elmi alətlərlə təchiz olunmuş “Perseverance” Marsın şimal yarımkürəsindəki su ilə dolu və bir vaxtlar qədim göl hövzəsinin olduğu güman edilən ərazidə - “Cezero” kraterində və onun ətrafında fəaliyyət göstərib. Su ilə əlaqəli müxtəlif xüsusiyyətlər arasında üç milyard ildən çox əvvəl bir çayın gölə axdığı qədim yelpik formalı çöküntü yatağı nümayiş etdirilib.
İndi soyuq və kimsəsiz olan Mars milyardlara il öncə daha qalın atmosferə və isti iqlimə malik idi və bu, onun səthində maye suyun olmasına imkan verirdi. Alimlər Marsda həyatın olub-olmadığını müəyyən etməyə can atırlar. Su həyat üçün əsas amil hesab olunur.
“Persevance” roverinin ən vacib kəşfi ötən il NASA tərəfindən elan edilib; milyardlarla il əvvəl gölün dibindəki çöküntülərdən əmələ gələn qırmızımtıl qaya kraterinin içərisindən götürülmüş nümunə qədim mikrob həyatının potensial əlamətlərini daşıyırdı. Tədqiqatçılar rover tərəfindən aşkar edilən mineralların qədim mikrob fəaliyyətini əks etdirə, həmçinin qeyri-bioloji proseslər vasitəsilə də əmələ gələ biləcəyini bildirirlər.
Farli qeyd edir: “Bunların həqiqətən Marsda həyatın sübutu olub-olmadığını qiymətləndirmək üçün əlavə tədqiqatlar, lazım olan cihaz növlərini özündə birləşdirən quru laboratoriyalarında analizlər tələb olunur”. O əlavə edib ki, “Perseverance” gələcəkdə robot və ya ekipaj missiyası üzrə Yerə qayıtmaq ümidi ilə qaya nümunələri toplamağa davam edəcək”.
Rover Marsdakı üzvi molekullar haqqında dəlillər də toplayıb. Digər bəzi tapıntılarda “Perseverance” Mars atmosferinin elektrik cəhətdən aktiv olduğunu, tez-tez “toz şeytanları” adlanan qasırğalarla əlaqəli elektrik boşalmalarını aşkarladığını və Qırmızı planetdə ilk dəfə görünən işıqda qütb parıltısı müşahidə etdiyini, səmanın yaşıl rəngdə yumşaq parlaqlığını qeyd edib.
İlk illərində “Perseverance” təxminən 3,7 milyard il əvvəl “Cezero” kraterini dolduran gölün həyat dövrünü sənədləşdirib. Göl əvvəlcə dayaz idi, kraterin dibində duzla zəngin çöküntülər əmələ gətirirdi, sonra ən azı 9 metrə qədər dərinləşib və qumlu çöküntülər gölə çökərək delta əmələ gətirib.
