ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etməsinə münasibət bildirərkən Vaşinqtonun NATO-ya töhfələrin çox böyük olduğunu vurğulayıb.
NTV xəbər verir ki, Donald Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
“Biz NATO-ya ildə 600 milyard dollar xərcləmişik. Bu, sadəcə axmaqlıqdır və bizə heç bir köməyi toxunmayıb”, - deyə o söyləyib.
Birləşmiş Ştatların dövlət başçısının sözlərinə görə, kiçik məsələlərdə NATO-dan kömək ala bilmədiyi üçün ABŞ-nin onlara yardım göstərməmək hüququ var: “İran məsələsində Avropa bizə yardımdan imtina etdi və Vaşinqton buna NATO müttəfiqlərinə kömək etməməklə cavab verə bilər”.
