satellite   Azerspace-1: 11135 H 30000

“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb

“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb

“SpaceX” şirkətinin bazar dəyəri bir gün ərzində 400 milyard dollar azalıb.

NTV  xəbər verir ki, son 24 saat ərzində İlon Maskın kosmik şirkətinin səhmləri 16,43 faiz ucuzlaşaraq 185 dollardan 154,60 dollara düşüb. Nəticədə onun bazar kapitallaşmasında 400 milyard dollar itki qeydə alınıb və şirkətin dəyəri 2,437 trilyon dollardan 2,037 trilyon dollara enib.

Qeyd edək ki, “SpaceX” bir müddət öncə “Amazon” və “Microsoft” kompaniyalarını geridə qoyaraq dünyanın ən dəyərli dörd şirkətindən birinə çevrilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM