satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır

Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır

Rusiya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları dayandırdığı yerdən davam etdirməyə hazırdır.

NTV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna böhranı: Qərbin əsl məqsədləri və rolu” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Rusiya xarici işlər naziri qeyd edib ki, Moskva böhranın siyasi və diplomatik həllinə üstünlük verir.

Sergey Lavrov deyib: “Prezident hər dəfə Ukrayna məsələsi ilə bağlı danışanda vurğulayır ki, biz açıq şəkildə siyasi və diplomatik həllə üstünlük veririk”.

Nazirin sözlərinə görə, belə bir həllin parametrləri Alyaska sammitində müzakirə olunub və orada Amerika tərəfindən müzakirəçilər öz fəaliyyət planlarını təklif ediblər.

“Biz bu planla razılaşdıq. Onun həyata keçirilməsi siyasi həllin detalları üzrə danışıqların başlanmasını tələb edirdi”, -deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM