Avropa İttifaqına (Aİ) üzv ölkələr hərbi güc baxımından Rusiyanı ötmək üçün növbəti 10 il ərzində silah istehsalına 7 trilyon avro xərcləməlidirlər.
NTV xəbər verir ki, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius Brüsseldə keçirilən hərbi konfransda Aİ-nin strateji məqsədini bu şəkildə ifadə edib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri müdafiə xərclərini ümumdaxili məhsullarının 5 faizinə çatdırmaq barədə NATO öhdəliklərinə uyğun olaraq növbəti 10 il ərzində bu sahəyə təxminən 7 trilyon avro xərcləyəcəklər.
Andrius Kubilius, eyni zamanda, Kiyevin Avropa müdafiə birliyinə və Aİ-nin hərbi bazarına tam inteqrasiyasına, həmçinin Avropa hərbi sənayesi ilə Ukrayna istehsalının vahid hərbi kompleksdə birləşdirilməsinə çağırıb.
