satellite   Azerspace-1: 11135 H 30000

Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edilib

Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edilib

Avstraliyalı geoloqlar 2025-ci ildə Pilbara bölgəsində aşkar edilən Yer kürəsinin ən qədim kraterinin yaşını dəqiqləşdiriblər.

NTV xəbər verir ki, Avstraliyadakı Curtin Universitetinin mətbuat xidmətinin məlumatına görə, diametri 40–45 km olan krater təxminən 3 milyard il əvvəl, Yer kürəsinin erkən qitələrinin formalaşdığıdövrdə yaranıb.

Tədqiqatçı Kristofer Kirkland bildirib ki, bu krater Arxey dövrünə aid nadir geoloji tapıntıdır və Yer kürəsinin ilkin inkişaf mərhələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Alimlərin araşdırmasına görə, krater böyük asteroidin Yerə çırpılması nəticəsində formalaşıb. Sirkon kristallarının təhlili bu yaşın təxminən 3 milyard il olduğunu təsdiqləyib.

Mütəxəssislərin fikrincə, bu kəşf Yer kürəsinin erkən geoloji tarixinin anlaşılması baxımından xüsusi önəm daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM