satellite   Azerspace-1: 11135 H 30000

İlon Mask trilyonçu statusunu itirib

İlon Mask trilyonçu statusunu itirib

"SpaceX" şirkətinin qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollar təşkil edib.

NTV xəbər verir ki, bu, "Bloomberg" agentliyi tərəfindən dərc edilən və xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanan "Bloomberg Billionaires İndeksi"ndən irəli gəlir.

Son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.

12 iyunda Mask, "SpaceX" şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu saxlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM