Finlandiya PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsü çərçivəsində Ukraynaya ABŞ-dən silah alınması üçün əlavə 40 milyon avro ayıracaq.
NTV-nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Qdanskda Ukraynanın Bərpası Konfransının (URC 2026) açılışında deyib.
"Bu gün qürurla elan edirəm ki, hökumətim PURL təşəbbüsünə əlavə 40 milyon avro ayırmaq qərarına gəlib", – o bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Finlandiya artıq Ukraynaya 33 maddi yardım paketi verib.
