Kinburn yarımadasında Ukrayna bayrağı qaldırılıb, Rusiya ordusu əvvəllər tutduğu mövqelərdən qaçır.
NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Ərazi müdafiə qoşunlarının “Cənub” regional idarəsi məlumat verib.
Kinburn yarımadasına sancılan mavi və sarı rəngli bayraq videoda nümayiş etdirilib.
Bəyanatda deyilir: “Güclü atəş nəticəsində “Cənub” müdafiə qüvvələri işğalçıları mövqelərindən geri çəkilməyə məcbur edib. Sağ qalan şəxsi heyətin təxliyəsi davam edir və işğalçılar müdafiə xətlərini tərk edirlər”.
“Cənub” müdafiə qüvvələri, həmçinin qeyd edib ki, nə vaxtsa Ukrayna tankları Cankoya qədər ç
