satellite   Azerspace-1: 11135 H 30000

Güclü fırtına Rumıniyada ciddi dağıntılara yol açıb, küçələri və metro stansiyalarını su basıb

Güclü fırtına Rumıniyada ciddi dağıntılara yol açıb, küçələri və metro stansiyalarını su basıb

Rumıniyanın İlfov şəhərində güclü fırtınanın fəsadları nəticəsində bir nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə "Digi24" məlumat yayıb.

Bildirilib ki, avtomobilin üzərinə ağacın aşması nəticəsində bir nəfər ölüb.

Bundan əlavə, Rumıniyanın bir sıra bölgələrində baş verən güclü tufanlar lokal elektrik enerjisi kəsintilərinə, su basmalarına səbəb olub. Əlverişsiz hava şəraitinin fəsadları ən çox Buxarestdə müşahidə edilib, küçələri su basıb, nəqliyyatın hərəkəti bloklanıb, həmçinin metro stansiyalarına ziyan dəyib.

20 region üzrə fövqəladə hallar xidmətlərinə küləyin aşırdığı ağaclar və konstruksiyalar, uçan damlar, zədələnmiş avtomobillər, elektrik enerjisinin kəsilməsi ilə bağlı kütləvi çağırışlar daxil olub. Çərşənbə günü səhər saatlarına olan məlumata görə, yardım göstərilməsi ilə bağlı 900-ə yaxın müraciətə hələ də baxılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM