İspaniyada keçən ay ifrat istilərlə əlaqəli mindən çox ölüm hadisəsi qeydə alınıb ki, bu da 2015-ci ildə fövqəladə dərəcədə ekstremal temperatur ayı qeydə alındıqdan sonra ən ölümcül iyun ayıdır. Çərşənbə günü açıqlanan
NTV ispan mediasına istinadla xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin gündəlik ölüm monitorinq sistemi iyun ayında 1028 ölüm hadisəsini yüksək temperaturla əlaqələndirib ki, bu da 2017-ci ildə qeydə alınan əvvəlki 1000 ölüm hadisəsi rekordunu keçib. Həyatını itirənlərin demək olar ki, hamısını yaşlı insanlar təşkil edir. Belə ki, isti havaların səbəb olduğu ölümlərin 1022-si 65 və daha yuxarı, o cümlədən 720-si 85 və daha yuxarı yaşda olanlar arasında qeydə alınıb. Bir ölüm hadisəsi isə 15 yaşdan kiçik uşaqla bağlıdır.
Ən yüksək ölüm sayı İspaniyanın Aralıq dənizi və şimal bölgələrində cəmləşib, burada əhalinin ölkənin daha isti cənub bölgələrinə nisbətən uzun müddət davam edən ekstremal istiyə daha az öyrəşdiyi bildirilir. Kataloniyada istidən 218, Bask ölkəsində isə 147 ölüm hadisəsi qeydə alınıb.
Ölüm hallarının artması rekord istilik dalğasının başlanğıcında, iyunun 21-də başlayıb və ayın sonuna qədər yüksək olaraq qalıb.
AEMET hava agentliyinin məlumatına görə, bu, İspaniyada 1961-ci ildən bəri ikinci ən isti iyun ayıdır. Agentlik bildirib ki, orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 3,2 dərəcə Selsi yüksək olub. Bundan daha isti iyun ayı ancaq 2025-ci ildə qeydə alınıb.
