satellite   Azerspace-1: 11135 H 30000

NATO sammiti Ankaranın beynəlxalq səviyyədə brendini təşviq edəcək

NATO sammiti Ankaranın beynəlxalq səviyyədə brendini təşviq edəcək

İyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılan NATO liderlərinin sammiti Türkiyə paytaxtının iqtisadiyyatına güclü təkan verəcək.

NTV xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Kompleksində keçiriləcək sammitdə iştirak etmək üçün NATO-nun üzvü olan onlarla ölkədən təxminən 8 min qonaq Ankaraya gələcək.

İki gün davam edəcək tədbir Türkiyə iqtisadiyyatının nəqliyyatdan tutmuş qonaqlamaya, logistikaya və qida xidmətlərinə qədər müxtəlif sahələrinə müsbət təsir göstərəcək.

Ankaranın beşulduzlu otellərində otaqlar 100 faiz doludur, dördulduzlu otellərdə isə yerlər çox məhduddur. Yüksək tələbat otel qiymətlərini artırıb.

Anadolu Tur Operatorları Assosiasiyasının (ATID) prezidenti Birol Akman təsdiqləyib ki, Ankaranın otel sənayesi ən yüksək tələbat dövrünü yaşayır.

O bildirib ki, NATO sammiti, həmçinin Ankara brendinin beynəlxalq səviyyədə təşviqinə əhəmiyyətli töhfə verəcək. ATID rəhbəri bildirib: “Dünyanın ən nüfuzlu ölkələrinin liderləri, yüksəkvəzifəli dövlət məmurları, diplomatik nümayəndə heyətləri və çoxsaylı beynəlxalq mətbuat nümayəndələri Ankarada toplaşacaqlar. Bu, dünyanın diqqətini paytaxtımıza cəlb edəcək, Ankaranın turizm sektorundakı nüfuzunu artıracaq və gələcəkdə daha çox beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün yol açacaq. Sammitin paytaxt iqtisadiyyatına 8-10 milyard türk lirəsi gəlir gətirəcəyi gözlənilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM