satellite   Azerspace-1: 11135 H 30000

Mişustin və Paşinyan Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığını müzakirə ediblər

Mişustin və Paşinyan Rusiya-Ermənistan ticari-iqtisadi əməkdaşlığını müzakirə ediblər

Rusiyanın Baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla ikitərəfli ticari-iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə edib.

 NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə hökumətinin mətbuat xidməti yayıb.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub", - məlumatda bildirilib.

Baş nazirlər ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM