satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan əhalinin siyahıyaalınmasının ilkin nəticələrini açıqlayıb

Özbəkistan əhalinin siyahıyaalınmasının ilkin nəticələrini açıqlayıb

Özbəkistan Milli Statistika Komitəsi ölkədə son 37 ildə ilk dəfə keçirilən əhali siyahıyaalınmasının ilkin nəticələrini açıqlayıb.

NTV  Uza informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıyaalmanın nəticələrinə əsasən, ölkə əhalisinin sayı 39 milyon 47 min 321 nəfərə çatıb. Bu göstərici 1989-cu ildən bəri əhalinin sayının təxminən iki dəfə artdığını göstərir.

Məlumata görə, Özbəkistan əhalisinin 89,4 faizini özbəklər, 3,3 faizini taciklər, 2,2 faizini qaraqalpaqlar, 1,8 faizini qazaxlar, 1,6 faizini ruslar təşkil edir. Sakinlərin 91,3 faizi özbək dilini ana dili kimi qeyd edib.

Bildirilib ki, siyahıyaalma onlayn və evlərdə aparılan sorğular vasitəsilə həyata keçirilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM