satellite   Azerspace-1: 11135 H 30000

KİV: Zalujnı Zelenskiyə prezident seçkilərində iştirak etməyə hazır olduğunu bildirib

KİV: Zalujnı Zelenskiyə prezident seçkilərində iştirak etməyə hazır olduğunu bildirib

Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı Prezident Volodimir Zelenski ilə görüşü zamanı bu payız prezident seçkiləri keçiriləcəyi təqdirdə, namizədliyini irəli sürəcəyini bildirib.

NTV-nin məlumata görə, Zelenski Zalujnıdan prezident seçkilərində iştirak etmək niyyətində olub-olmadığını soruşub, Zalujnı isə bu suala "Bəli" cavabını verib.

Mənbələrin iddiasına görə, o, əvvəllər prezident olmaq niyyətində olmadığını, lakin bir çox ukraynalının ümidlərini ona bağladığını düşündüyünü qeyd edib.

Nəşr yazır ki, Kiyevdə olduğu müddətdə Zalujnı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ali Radanın "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya ilə də görüşüb.

Mənbələrin sözlərinə görə, onlar Zalujnını ölkədaxili sabitlik üçün yarana biləcək riskləri əsas gətirərək prezident seçkilərində iştirakdan imtina etməyə razı salmağa çalışıblar, lakin onun mövqeyi dəyişməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM