Honsyu adasında (Yaponiya) 6,0 maqnitudalı zəlzələ olub.
NTV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
Zəlzələnin ocağı 44 km dərinlikdə yerləşib. Yeraltı təkanlar 239 min nəfər əhalisi olan Hatinohe şəhərindən 84 km aralıda baş verib.
