Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1 460-a çatıb, 447 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Konqo hakimiyyətinin məlumatlarına istinadən bildirib.
Qeyd olunub ki, ümumi ölüm səviyyəsi 30,6 % təşkil edib. Hazırda 595 pasiyent təcriddə və ya xəstəxanalardadır, 213 nəfər sağalıb.
