satellite   Azerspace-1: 11135 H 30000

Fransada anomal istilər nəticəsində ölənlərin sayı 2 mini ötüb

Fransada anomal istilər nəticəsində ölənlərin sayı 2 mini ötüb

Fransada anomal istilər səbəbindən bir həftə ərzində 2 mindən çox ölüm halı qeydə alınıb.

NTV "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist bildirib.

"İyunun 22-dən 28-dək olan həftə ərzində ölüm hallarının sayı əvvəlki həftə ilə müqayisədə təxminən 2 025 təşkil edir", - o bildirib.

Onun sözlərinə görə, bu məlumatlar ölüm haqqında elektron şəhadətnamələrə əsaslanır və ümumi ölüm hallarının təxminən 60 %-ni təşkil edir.

Daha əvvəl Fransa meteorologiya xidməti ölkənin 96 departamentindən 72-də hava təhlükəsinin ən yüksək səviyyəsini elan etmişdi. Bu, yeni rekord olub. Temperatur 40 dərəcəyə yaxınlaşıb, bəzi yerlərdə isə daha yüksək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM