İsveçrə buzlaqlarındakı qar örtüyü Avropada qızmar havalar səbəbindən adi vaxtdan bir neçə həftə tez əriyib. Alimlərin sözlərinə görə, bu, Alp dağlarını daha bir il intensiv buz itkisinə məhkum edir.
NTV xəbər verir ki, tədqiqatçılar iyunun 29-da İsveçrənin cənubundakı Ron buzlağının “Buzlaq əriməsi günü” adlandırılan günə – qış ərzində yığılan qarın əridiyi və buzlaqların buzları tökməyə başladığı günə çatdığını iddia edirlər.
“Glacier Monitoring Switzerland” təşkilatının direktoru Mattias Huss bildirib ki, onilliklər və hətta əsrlər boyu əmələ gəlməsinə baxmayaraq, buzun bu il tamamilə əriməsinə hələ üç ay qalıb, - deyə “Reuters” agentliyi yazır.
“Bu, həqiqətən də həyəcanverici vəziyyətdir”, - deyə o bildirib.
İstilik və az miqdarda yağan qar buzlaqların sahəsini azaldıb. Builki qış mövsümündə yağan qarın miqdarının az olmasından sonra baş verən iki istilik dalğası “Buzlaq əriməsi günü”nün müşahidələr tarixində ikinci ən erkən gün olmasına gətirib çıxarıb. 2022-ci ildə bu hadisə üç gün əvvəl baş vermişdi.
Hussun sözlərinə görə, iyun ayındakı istilik dalğası zamanı İsveçrədəki buzlaqlardan ərimiş su iki həftə ərzində hər altı saniyədən bir Olimpiya üzgüçülük hovuzunu doldura bilərdi.
