İyulun 4-dən 8-dək Haaqada ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası keçiriləcək.
Assambleyanın iyulun 8-də keçiriləcək sessiyasında Gürcüstanla bağlı tənqidi fikirləri özündə əks etdirən "Haaqa Bəyannaməsi" qəbul ediləcək.
NTV xəbər verir ki, bu barədə məlumat ATƏT Parlament Assambleyasının saytında yerləşdirilib.
"Gürcüstanda seçki dürüstlüyünün və fundamental azadlıqların qorunması" qətnaməsinin əsas sponsoru amerikalı konqresmen Co Vilsondur.
