Ukraynanın Milli Qvardiyasının "Omega" xüsusi təyinatlı dəstəsi Krımın Saki aerodromunda Rusiyaya məxsus Su-24M cəbhə bombardmançısını məhv edib.
NTV-nin məlumatına görə, təyyarə döyüş tapşırığına hazırlaşdığı vaxt zərbə endirilib.
Məlumata əsasən, məhv edilən Su-24M cəbhə bombardmançısının təxmini dəyəri 30 milyon ABŞ dolları təşkil edir.
