satellite   Azerspace-1: 11135 H 30000

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri dayandırıb

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri dayandırıb

Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik münasibətlərin kəsildiyini elan edib.

NTV xəbər verir ki, bu barədə Nikaraqua Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla “El19 Digital” məlumat yayıb.

Bildirilib ki, qərar İtaliyanın xarici işlər naziri Antonio Tajaninin Nikaraqua hökumətinə qarşı “əsassız və aqressiv” bəyanatları ilə əlaqədar qəbul edilib.

Daha əvvəl İtaliyanın ANSA agentliyi Tajaninin Nikaraqua hökumətini 1978-ci ildə İtaliyanın keçmiş Baş naziri Aldo Moronun qətlində iştirak edən “Qırmızı Briqadalar” qruplaşmasının üzvü Alessio Kasimirriyə sığınacaq verməkdə ittiham etdiyini yazmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM