satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ukraynaya yeni səfir təyin edib

Türkiyə Ukraynaya yeni səfir təyin edib

Türkiyə Ukraynaya yeni səfir təyin edib.

NTV xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, Fatma Cerən Yazqan Türkiyənin Ukraynadakı yeni səfiri təyin edilib. Bu təyinata qədər o, Türkiyənin Niderlanddakı səfiri idi.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə Ayşe Sözen Usluer, İslandiyaya Mustafa Levənt Bilgən, Niderlanda isə Burak Akçapar səfir təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM