satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Zaporojyeyə zərbə endirib, beş nəfər həlak olub

Rusiya Zaporojyeyə zərbə endirib, beş nəfər həlak olub

Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında yayıb.

Onun məlumatına əsasən, Rusiya ordusu şəhərin sənaye obyektlərinə və infrastruktur qurğularına zərbələr endirib.

Bildirilib ki, hücum nəticəsində bir sıra tikililər zədələnib.

Tibb işçiləri bütün zərərçəkənləri tam həcmdə zəruri yardımla təmin edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM