satellite   Azerspace-1: 11135 H 30000

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq süni intellektin ayrı-ayrı şəxslərin və ya təşkilatların əlində cəmləşməsinə qarşı çıxıb və fərdi süni intellekt agentlərini inkişaf etdirməyə çağırıb.

NTV  xəbər verir ki, bu barədə o, şirkətin saytında dərc olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, süni intellektə kiçik bir ekspert qrupu tərəfindən nəzarət edilməməlidir. Zukerberq hesab edir ki, onu geniş şəkildə yaymaq və hər bir insana süni intellekti müstəqil şəkildə idarə etmək imkanı vermək lazımdır.

O qeyd edib ki, "Meta" şəxsi süni intellekt agenti, virtual repetitor, yaradıcılıq aləti və müxtəlif sahələrdə köməkçi kimi çıxış edə biləcək fərdi "superintellekt"in yaradılması üzərində işləyir.

Zukerberq "superintellekt"in yaradılmasını bəşəriyyətin indiki nəslin həyatı boyu görəcəyi ən mühüm texnoloji sıçrayışlardan biri adlandırıb. Onun fikrincə, bu hədəfə yaxınlaşdıqca belə texnologiyaların bəşəriyyət üçün faydasını təyin edəcək prinsip və dəyərləri müəyyənləşdirmək xüsusilə vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM