satellite   Azerspace-1: 11135 H 30000

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz əmək müqaviləsi ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılacaq.

Bu barədə NTV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında maksimum 8 vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədlərin seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.

Namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcək.

Ümumi vakansiya seçimi mərhələsi avqustun 15-i saat 15:00-dək davam edəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-da başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM