Avqustun 18-də Rusiya qoşunları Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirib. Son məlumatlara görə, 10 mülki şəxs həlak olub.
NTV xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, daha 8 dinc sakin yaralanıb. Onlara zəruri tibbi yardım göstərilib.
Vilayət dövlət administrasiyasının rəhbəri əlavə edib ki, Rusiyanın hücumu nəticəsində 10 evə, kafe, poçt şöbəsi və mağazaya, həmçinin 7 avtomobilə ziyan dəyib.
