satellite   Azerspace-1: 11135 H 30000

Londonda karnaval zamanı 169 nəfər saxlanılıb

Londonda karnaval zamanı 169 nəfər saxlanılıb

Londonda keçirilən “Nottinq Hill” karnavalının ilk günündə 169 nəfər saxlanılıb.

NTV London polisinə istinadən xəbər verir ki, cinayətkarların əksəriyyəti birbaşa küçə festivalının təşkil edildiyi ərazidə, 27 nəfər isə ora gedərkən tutulub.

Saxlanılan şəxslərin əksəriyyətinin üzərində hücum silahları və ya narkotik maddələr aşkar edilib.

“Nottinq Hill” karnavalı Londonun şimal-qərbində 1964-cü ildən bəri ənənəvi olaraq keçirilir. Bu, Avropanın ən böyük küçə festivalıdır, hər il 1 milyondan çox britaniyalı və turist iştirak edir. Karnaval zamanı Londonda zorakılıq və cinayətkarlıq, xüsusən bıçaqla törədilənlər cinayətlər, eləcə də narkotik istifadəsi və qaçaqmalçılığı ilə əlaqəli hadisələr kəskin şəkildə artır. 2025-ci ildə 2 gün ərzində 528 nəfər saxlanılmış, 4 nəfər bıçaqlanmışdı.

Karnaval avqustun 31-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM