satellite   Azerspace-1: 11135 H 30000

SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb

SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb

Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən tanker minaya düşüb və gəmidə yanğın baş verib.

NTV IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında bildirilib.

"Qaydanı pozan bir supertanker iki dəniz minasına çırpılıb və yanğın baş verib", - SEPAH-dan qeyd olunub.

SEPAH-ın HDQ-si xəbərdarlıq edib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını pozan gəmilərin taleyi bundan fərqli olmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM