satellite   Azerspace-1: 11135 H 30000

Fransada ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü tənqid olunur

Fransada ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü tənqid olunur

Fransalı sosioloq Hanane Karimi Milli Birliyik Partiyasının (RN) ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsünün müsəlman qadınların dini görünüşünə tətbiq olunan məhdudiyyətlərin 30 ildən artıq davam edən genişlənməsinin növbəti mərhələsi olduğunu bildirib.

NTV xəbər verir ki, Strasburq Universitetinin sosiologiya üzrə müəllimi “Mediapart”a müsahibəsində qeyd edib ki, dini simvolların tənzimlənməsi prosesi 1994-cü ildən başlayaraq, müxtəlif mərhələlərdən keçib. O, 2004-cü ildə məktəblərdə aşkar dini simvolların qadağan edilməsini, məktəbdənkənar tədbirlər, idman məkanları, dövlət xidmətləri və özəl sektorla bağlı sonrakı müzakirələri nümunə göstərib.

Sosioloq Fransada islamın mediada təqdimatını da tənqid edib. Onun fikrincə, bəzi media qurumları islamofob fikirlərin əks-sədasına çevrilir, hicablı qadınlar isə tez-tez özlərini və mövqelərini əsaslandırmaq məcburiyyətində qalırlar.

Karimi, həmçinin hicaba qoyulan məhdudiyyətlərin qadınları “qorumaq və azad etmək” məqsədi daşıdığı arqumentini tənqid edib. O, Fransada müsəlmanlara qarşı ayrı-seçkiliyin və islamofobiyanın daha açıq şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:20 02.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM