satellite   Azerspace-1: 11135 H 30000

Birinci sinfə elektron qəbul prosesi sabah başa çatır

Birinci sinfə elektron qəbul prosesi sabah başa çatır

2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə elektron qəbulu prosesi sentyabrın 3-də saat 18:00-da başa çatacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV- ə bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən qəbul prosesi çərçivəsində indiyədək 124 mindən artıq uşağın birinci sinfə qəbulu tamamlanıb.

Qeyd olunub ki, birinci sinfə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Bildirilib ki, üzrlü səbəblərdən birinci sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:20 02.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM