ABŞ Hörmüz boğazında bir neçə gəminin keçidinə şərait yaratmağa çalışır, lakin İran silahlı qüvvələrinin müqaviməti ilə qarşılaşır.
NTV ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
"Düşmənin ölkəmizə son zərbələri bizim Hörmüz boğazındakı gücümüzün tətbiqinə görədir və biz düşmənin bu hücumuna sarsıdıcı cavab verdik", - o bildirib və əlavə edib ki, boğaz İranın nəzarətindədir.
Qalibafın sözlərinə görə, ABŞ İslamabad Anlaşma Memorandumuna zidd olaraq Hörmüz boğazının cənub marşrutundan keçmək istəyir: "Lakin biz buna icazə verməyəcəyik.
İranın boğaz üzərindəki idarəçiliyinin tətbiqi beynəlxalq qanunlarla heç bir ziddiyyət təşkil etmir".
