satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-ə verilən məlumata görə, nazirlər Azərbaycan–İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksəksəviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM