satellite   Azerspace-1: 11135 H 30000

Çin Xalq Respublikasının Sədri: ŞƏT birgə inkişafın əsas platformalarından birinə çevrilib

Çin Xalq Respublikasının Sədri: ŞƏT birgə inkişafın əsas platformalarından birinə çevrilib

ŞƏT 25 illik fəaliyyəti ərzində böyük dövlətlər, eləcə də böyük və kiçik ölkələr arasında münasibətlərin qurulması üçün təməl yaradıb. Təşkilat dünyanın demək olar ki, yarısını və qlobal iqtisadiyyatın dörddəbirini əhatə edən geniş məkan üçün cəlbedici mərkəzə çevrilib.

NTV xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.

“Artan həmrəylik və həyat qabiliyyəti sayəsində təşkilat bərabərhüquqlu, nizamlı və çoxqütblü dünyanın formalaşmasına daha böyük töhfə verə bilər. Siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət və mədəni-humanitar əlaqələr sahələrində məhsuldar əməkdaşlığı inkişaf etdirən ŞƏT Avrasiya ölkələrinin birgə inkişafı və çağırışlara qarşı mübarizəsi üçün əsas platformalardan birinə çevrilib”, – deyə Çin Xalq Respublikasının Sədri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM