satellite   Azerspace-1: 11135 H 30000

Mikel Arteta İngiltərə Premyer Liqasının tarixinə düşüb

Mikel Arteta İngiltərə Premyer Liqasının tarixinə düşüb

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının tarixinə düşüb.

NTV xəbər verir ki, ispaniyalı mütəxəssis “Dumanlı Albion”da futbolçu və baş məşqçi kimi ümumilikdə 500-dən çox oyun keçirən ikinci məşqçi olub.

O, futbolçu karyerası ərzində “Everton” və “Arsenal”ın heyətində 284 matçda iştirak edib. Arteta “Arsenal”ın baş məşqçisi kimi isə İngiltərə Premyer Liqasında 250-ci oyununa çıxıb. Bununla da onun Premyer Liqadakı ümumi oyunlarının sayı 534-ə çatıb.

Arteta bu göstəricidə yalnız Mark Hyuzdan geri qalır. Uelsli futbol adamı İngiltərə çempionatında oyunçu kimi 297, baş məşqçi kimi isə 466 matç keçirib.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Bu müddət ərzində o, İngiltərə Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. Həmçinin ötən mövsüm “topçular”ı 22 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasının çempionu edib. “Arsenal” ötən mövsüm Artetanın rəhbərliyi altında UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, həlledici görüşdə Fransa çempionu PSJ-yə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM