satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev ŞƏT ölkələrinin dəmir yollarının inteqrasiyası üzrə Şura yaradılmasını təklif edib

Şavkat Mirziyoyev ŞƏT ölkələrinin dəmir yollarının inteqrasiyası üzrə Şura yaradılmasını təklif edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadi ölçünü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) səmərəliliyinin əsas göstəricisi adlandırıb.

NTV xəbər verir ki, Özbəkistan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının iclasında ŞƏT-in Sənaye Kooperasiyası Xəritəsinin - xüsusi iqtisadi zonaları, istehsal zəncirlərini, bazarları və logistikanı birləşdirən vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.

Bundan əlavə, Özbəkistan Prezidenti Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib və ŞƏT-in həmin təşkilatın ilk tərəfdaşları sırasında yer almasını təklif edib.

Prezident Bişkekdə süni intellekt və rəqəmsal texnologiyaların inkişafı üçün ŞƏT-in Açıq Çoxdilli Məlumat Korpusunun yaradılmasını təklif edib.

Şavkat Mirziyoyev, həmçinin 2027-ci ildə Daşkənddə ŞƏT-in süni intellekt və yeni rəqəmsal həllər üzrə Forumunun keçiriləcəyini elan edib.

Su və enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd edən Prezident bu sahədə 2035-ci ilədək ŞƏT-in Texnoloji Əməkdaşlıq Proqramının hazırlanmasını təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM