satellite   Azerspace-1: 11135 H 30000

Prezident Ərdoğan: Türkiyə sülh və sabitlik naminə səylərini davam etdirir

Prezident Ərdoğan: Türkiyə sülh və sabitlik naminə səylərini davam etdirir

Ankara sülh və sabitlik naminə səylərini davam etdirir, münaqişələrin diplomatik yolla həllinə çalışır.

NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı deyib.

Türkiyə Prezidenti ŞƏT-i dövlətlərarası qarşılıqlı fəaliyyətin “yüksələn ulduzu” adlandırıb və Türkiyənin ŞƏT ölkələri ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, ŞƏT çoxqütblü dünya nizamının əvəzolunmaz elementlərindən birinə çevrilib.

Türkiyə lideri bu yaxınlarda Məkkədə Səudiyyə Ərəbistanı və Pakistanla üçtərəfli müdafiə paktının imzalandığını xatırladaraq, bu təşəbbüsün regional və qlobal sülhə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

“İqlim dəyişikliyi, qeyri-qanuni miqrasiya, terrorizm və ərzaq təhlükəsizliyi kimi problemlər bir çox ölkə üçün təhdid yaradır. Biz iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəmizi verəcəyik. Məqsədimiz gələcək nəsillərə daha sabit və firavan dünya qoyub getməkdir”, – deyə Prezident Ərdoğan bildirib.

O, həmçinin Türkiyənin Xəzər dənizindən keçən Orta Dəhlizin inkişafı istiqamətində səylərin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılmasının tərəfdarı olduğunu qeyd edib.

Türkiyə Prezidenti çıxışında tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 2027–2028-ci illər üçün qeyri-daimi üzvü seçilən Qırğızıstanı təbrik edib, həmçinin ŞƏT liderlərini Antalyada keçiriləcək COP31 iqlim sammitinə dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM