satellite   Azerspace-1: 11135 H 30000

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib.

NTV xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirilib", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM